Masaj salonunda yanğında altı nəfər öldü

15:12 - 2 May 2026 - HADİSƏ

Çində baş verən yanğında altı nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, Sinxua xəbər agentliyinin məlumatına görə, Henan əyalətində (Çinin mərkəzi) baş verən yanğında altı nəfər ölüb.

Hadisə bu səhər Lingbao şəhərində baş verib. Yanğın masaj salonunu bürüyüb və güclü tüstü əmələ gəlib. İçəridə altı nəfər qalıb.
Yanğınsöndürənlər onları yanan binadan xilas ediblər, lakin tibbi yardım göstərilməsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Salondakı digər beş nəfər xilas edilib.

Hadisənin səbəbi araşdırılır.

Xəbər xətti