İranla müharibədən sonra yanacaq qiymətləri kəskin düşəcək
Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-İsrail arasında İrana qarşı hərbi əməliyyat başa çatdıqdan dərhal sonra yanacaq qiymətləri kəskin şəkildə düşəcəyinə əmin olduğunu deyib.
"Benzin və neft müharibə bitən kimi sürətlə aşağı düşəcək", - deyə Amerika lideri ABŞ-da yanacaq qiymətlərinin son artımını şərh edərkən bildirib.
"Benzin qiymətləri aşağı düşəcək. Müharibə bitən kimi daş kimi aşağı düşəcək", - deyə ABŞ prezidenti bildirib. O, problemin əsasən Fars körfəzində neftin hələlik tankerlərdən boşaldıla bilməməsi ilə bağlı olduğunu düşünür.