Onkologiya Mərkəzindəki partlayışda ölən və xəsarət alanların ADLARI

15:53 - 30 Aprel 2026 - Cəmiyyət

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, xəstə Mübariz Əliyev hadisə yerində ölüb.

Xəbər xətti