Olaf Şolz sentyabrın 15-17-də Qazaxıstan və Özbəkistana səfər edəcək

16:06 - 6 Sentyabr 2024 - DÜNYA

Almaniya kansleri Olaf Şolz sentyabrın 15-də Qazaxıstanda C5 plus 1 formatında keçiriləcək sammitdə iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Steffen Hebestreit Berlində keçirdiyi brifinqdə bildirib.

Qeyd olunur ki, sentyabrın 15-də kansler Şolz Özbəkistana və Qazaxıstana gedəcək, orada sentyabrın 17-dək qalacaq. Bildirilir ki, bu, kanslerin Mərkəzi Asiyaya ilk səfəridir.

C5 Plus 1 formatı Mərkəzi Asiyanın beş ölkəsi (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) və ABŞ arasında çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmidir. O, 2015-ci ildə iqtisadiyyat, ekologiya və təhlükəsizlik sahəsində regional problemləri müzakirə etmək üçün yaradılıb.

Xəbər xətti