Gürcüstan Aİ ilə əlaqələri bərpa etmək üçün şərti açıqladı

12:49 - 12 Mart 2026 - DÜNYA

Gürcüstanla münasibətləri bərpa etmək üçün Avropa İttifaqı ölkədə hökuməti devirmək cəhdlərindən və Gürcüstan müxalifət təşkilatlarını gizli şəkildə maliyyələşdirməkdən imtina etməlidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.

"Onlar münasibətləri bərpa etmək üçün hansı addımları atmalı olduqlarını bilirlər. Əvvəlcə Gürcüstanda hökuməti devirmək cəhdlərindən imtina etməlidirlər. Bu, vacib şərtdir, çünki biz Brüsselin antidemokratik cəhdlərini qəbul etməyəcəyik", - deyə Papuaşvili bildirib.

Gürcüstan Parlamentinin spikeri əlavə edib ki, Avropa İttifaqı da Gürcüstandakı müxtəlif təşkilatları gizli şəkildə maliyyələşdirməkdən imtina etməlidir. Brüssel həmçinin Gürcüstan əleyhinə ritorikanı dayandırmalı və Gürcüstana qarşı təbliğatı maliyyələşdirməyi və dəstəkləməyi dayandırmalıdır.

Xəbər xətti