Bu il 32 mindən çox şəxsə əlillik təyin olunub

13:07 - 6 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Bu ilin yanvar-avqust ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 32,5 min şəxsə əlillik təyin edilib.

Bu barədə Ucnoqta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 16,3 mininə ilkin, 16,2 mininə təkrar əlillik təyinatı aparılıb.

"Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub", - deyə məlumatda qeyd edilib.

Xəbər xətti