Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Ucnoqta.az xəbər verir ki, Reuters agentliyi bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ən azı 73 nəfər hələ də itkin düşüb.
Hadisə 24 yanvarda Qərbi Bandunqda baş verib. Güclü yağışlar fonunda torpaq sürüşməsi Pasir Lanqu şəhərini bürüyüb.