Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib

20:08 - 6 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti