Harrisin ortağının qohumları Trampı dəstəkləyir

19:44 - 5 Sentyabr 2024 - DÜNYA

Qarşıdan gələn prezident seçkilərində namizəd Kamala Harris və ABŞ-ın vitse-prezidentliyə namizədi Tim Valzın qohumları Donald Trampı dəstəkləyiblər.

Ucnoqta.az xəbər verir ki, Bild nəşri buna diqqət çəkib.

Belə ki, Nebraska ştatında Respublikaçıların keçmiş qubernatorluğa namizədi Çarlz Herbster sosial şəbəkələrdə səkkiz nəfərin “Wals for Trump” köynəkləri geyindiyi bir şəkil yerləşdirib.
Fotoda Demokratlar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizədin qohumları olduğu iddia edilir.

Donald Trampın özü Truth Social sosial şəbəkəsində onlara dəstəyə görə təşəkkür edib.

Öz növbəsində ABŞ Demokratik Partiyası bəyan edib ki, fotoşəkildəki şəxslər Tim Valzın uzaq qohumlarıdır, ehtimal ki, ikinci əmiuşağıdır.

Xəbər xətti