"Qarabağ" - "Ayntraxt" oyununun hakimləri açıqlanıb

13:35 - 19 Yanvar 2026 - İDMAN

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasındakı oyun üçün hakim təyinatları açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Şarer olacaq. Ona həmyerliləri Stefane De Almeyda və Conas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Cohannes von Mandaç yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fahndric əyləşəcəklər.

UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti