İsrail ordusu İranda 16 nəqliyyat təyyarəsini vurdu

00:13 - 10 Mart 2026 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki altı hərbi aerodroma hücum edərək oradakı 16 nəqliyyat təyyarəsini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü briqada generalı Efi Defrin bildirib.

O, bunun İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin nəqliyyat sistemini məhv etmək məqsədi daşıyan kütləvi hücumdan sonra baş verdiyini bildirib.

Qeyd olunub ki, zərbələr zamanı İİKK missiyalarını yerinə yetirən 16 nəqliyyat təyyarəsi məhv edilib. 

Xəbər xətti