Tramp İrana zərbə endirmək qərarından niyə imtina etdi? - DETALLAR

12:33 - 19 Yanvar 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanı vəliəhdi və Baş nazir Məhəmməd bin Salman Əl Səudla danışıqlardan sonra İranda gərginliyin azaldılmasına sadiq qalıb və ölkəyə zərbə endirmək planlarından imtina edib.

Ucnoqta.az bildirir ki, bu barədə Axios Ağ Ev mənbələrinə istinadən məlumat verib.

Portala görə, 9 yanvarda ABŞ vitse-prezidenti J.D. Vens İrana hərbi müdaxilə ehtimalını müzakirə etmək üçün ABŞ hərbi rəsmiləri ilə görüş keçirib.

13 yanvarda Tramp başqa bir görüşə sədrlik edib və İrana zərbə endirmək üçün konkret planın hazırlanmasını əmr edib. Portalın mənbələrinə görə, plana ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqlarından raket zərbələri daxil idi.

Lakin Tramp güc tətbiq etmək üçün son əmri verməyib. Bu arada, ABŞ ordusu 14 yanvarda bütün günü qərarın artıq verildiyini düşünərək əmr gözləyib.

"Axios"un məlumatına görə, Netanyahu Amerika liderinə bildirib ki, İsrail İranın ərazisinə cavab zərbəsi endirəcəyi təqdirdə özünü müdafiə etməyə hazır deyil, qismən də ABŞ-ın bölgədə kifayət qədər hava hücumundan müdafiə imkanlarına malik olmaması ilə bağlıdır.

Trampla söhbətində Məhəmməd bin Salman Əl Səud ABŞ-nin hərbi müdaxiləsinin Yaxın Şərqdəki ümumi vəziyyəti qeyri-sabitləşdirə biləcəyini vurğulayıb. Bundan əlavə, Axios mənbələrinə görə, Vaşinqton bu müddət ərzində Tehranla gərginliyin azaldılması addımlarını müzakirə edib.

Eyni zamanda, portalın mənbələri Trampın hələ də İrana qarşı güc tətbiq etmək ehtimalına açıq olduğunu bildirib. Lakin, hələlik Vaşinqton gərginliyin azaldılmasını seçib.

Xəbər xətti