Dünyada yeni yayılmış virusdan iki nəfər ölüb

08:07 - 26 İyul 2024 - Cəmiyyət

Braziliyada Oropuş virusundan dünyada ilk ölüm qeydə alınıb

Ucnoqta.az xəbər verir ki, bunu ölkənin səhiyyə nazirliyi iki qadının yoluxmuş milçək və ağcaqanadlar tərəfindən yayılan virusdan ölməsindən sonra bildirib.
Bildirilir ki, Braziliyanın şimal-şərqindəki Bahia əyalətindən olan qadınların heç bir əsas xəstəliyi olmayıb. Lakin ağır dang qızdırması ilə uyğun gələn əlamətlər və simptomlar olub.
Əvvəllər dünya elmi ədəbiyyatında bu xəstəlikdən ölüm xəbərləri yox idi.

Oropuş qızdırması ilk dəfə Braziliyada 1960-cı ildə tənbəllərin qanında aşkar edilmiş tropik virus infeksiyasıdır. Bu il artıq ölkənin 20 ştatında 7,2 mindən çox qızdırma hadisəsi qeydə alınıb, lakin bundan əvvəl heç kim ölməyib.

Xəbər xətti