Yaponiyada 200 mindən çox insan təxliyə olunacaq

07:59 - 26 İyul 2024 - DÜNYA

Yaponiyanın üç prefekturasında 200 mindən çox insan ölkədə davam edən yağışlar səbəbindən təxliyə əmri alıb.

Ucnoqta.az xəbər verir ki, bunu regional hakimiyyət orqanlarının məlumatları sübut edir.

Yamaqata və Akita prefekturalarının 75 mindən çox sakini, eləcə də Miyaqi prefekturasının 140 minə yaxın sakini göstəriş alıb.

Yaponiyanın şimal-şərq hissəsində son 24 saat ərzində güclü leysan davam edir, bəzi rayonlarda yağıntının miqdarı 389 mm-ə çatıb. Yamaqata prefekturasında iki polis məmuru da daxil olmaqla azı dörd nəfərin itkin düşdüyü bildirilir.

Xilasedicilər indiyədək yalnız yerli yollardan birində bataqlığa bataraq aşmış patrul avtomobilini tapa biliblər.

Xəbər xətti