Az su içmək böyrək daşı riskini artırır

06:04 - 26 İyul 2024 - Cəmiyyət

Yay aylarında artan hava istiliyi orqanizmin daha çox su itirməsinə səbəb olur.

Ucnoqta.az xəbər verir ki, dr. Fatih Çolak gündəlik su istehlakının artırılmasının böyrək və sidik axarında daş əmələ gəlməsinin qarşısını almaqda təsirli olduğunu söyləyir.
"Böyrək və sidik yollarında daşlar adətən şiddətli ağrılarla özünü göstərir, vaxtında müdaxilə edilməzsə ciddi nəticələrə, o cümlədən böyrək itkisinə səbəb ola bilər" – həkim qeyd edir.

Gündə ən az 2 litr sidik çıxaracaq qədər maye istehlak etmək kömək edir, sidiyi sulandırır, daş əmələ gəlməsinin qarşısını alır və ya mövcud daşları çıxarır. Onların ölçüsünün böyüməməsinə kömək edir" – mütəxəssis bildirir.

Böyrək daşı riski olan insanların daha diqqətli olması lazım olduğuna diqqət çəkən Çolak, böyrək daşı əmələ gəlmə riski olan insanlar yay aylarında su istehlakını artırmalı və sidik həcminə nəzarət etməli olduğunu vurğulayır. 
Böyrək sağlamlığını qorumaq üçün tək su içməyin kifayət etmədiyinə də diqqət çəkən Çolak, eyni zamanda balanslı bəslənmə, nizamlı idman etmək, duz və qırmızı ət istehlakını azaltmaq da böyrək əmələ gəlməsinin qarşısını almaqda mühüm rol oynayır.

Xəbər xətti