Nigerdə ​​axtarışda olan 6 təhlükəli terrorçu saxlanılıb

00:02 - 26 İyul 2024 - DÜNYA

Nigerin müdafiə və təhlükəsizlik qüvvələri Tillaberi bölgəsində (ölkənin cənub-qərbində) patrul xidməti zamanı axtarışda olan 6 təhlükəli terrorçunu yaxalayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, silahlı yaraqlılar Samirə və Qundi kəndləri yaxınlığında aşkar edilərək əsir götürülüb. Ordu bölmələri iyulun 22-də Burkina-Faso ilə sərhəddə yerləşən Tera kəndi yaxınlığında 15 Niger hökumət əsgərini qətlə yetirən quldurların tapıldığı ərazidə intensiv axtarışlar aparırdı.

Həbslə yanaşı, təhlükəsizlik qüvvələri terrorçuların maşınlarını və əldəqayırma bomba hazırlamaq üçün nəzərdə tutulmuş müxtəlif hissələri müsadirə edib.

Xəbər xətti