Bolqarıstanda pirotexnika anbarında partlayış baş verib

00:01 - 26 İyul 2024 - DÜNYA

Bolqarıstan paytaxtının yaxınlığında, Elin Pelin kəndi yaxınlığındakı pirotexniki məmulatlar fabrikinin anbarında partlayış və yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, Bolqarıstan Teleqraf Agentliyinin (BTA) məlumatına görə, yanğın saat 18:30 radələrində başlayıb və hadisənin baş verdiyi ərazidə partlayışlar davam edir.

Agentliyin məlumatına görə, azı iki nəfər ciddi yanıq xəsarətləri alıb və Sofiyanın tibb müəssisələrinə yerləşdirilib. Hadisə baş verən ərazidə əhalinin təxliyəsi elan edilib.

Daxili İşlər Nazirliyinin baş katibi Dimitar Kanqaldjiev jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, yanğın baş verən anbarda iki tona yaxın trotil ekvivalentində olan pirotexniki məhsullar olub.

Xəbər xətti