Məşhur bloger Bakıya köçüb

20:03 - 25 İyul 2024 - Xəbər

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya köçüb.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, yayı Bakıda keçirəcəyini bildirən bloger  Azərbaycanda biznes quracağını da bildirib.

O, kompüter klubları şəbəkəsi yaradacağını deyib.

Evlənmək istədiyini bildirən Hüseyn "Dünən anamı gəlin namizədləri ilə tanış etdim. Hələ seçim etməmişəm, amma evlənmək istəyirəm. Milliyətinin önəmi yoxdur" deyə əlavə edib.

Xəbər xətti