Tramp Pensilvaniya praymerizində qalib gəlib

07:02 - 24 Aprel 2024 - DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada keçirilən praymerizdə qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “The New York Times” məlumat yayıb.

Bülletenlərin 60%-i işləndikdən sonra Tramp 82,6% səs toplayıb. Tramp kampaniyası Truth Social-da Trampın Pensilvaniyadakı qələbəsini təsdiqləyən paylaşım edib.

Keçmiş prezidentin əsas rəqibləri - BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, Florida qubernatoru Ron DeSantis və iş adamı Vivek Ramasvami daha əvvəl seçki yarışından çəkildiklərini bəyan etmişdilər.

Xəbər xətti