Tayvana yaxınlaşan 18 təyyarə və 5 gəmi qeydə alınıb

08:46 - 18 Aprel 2024 - DÜNYA

Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 18 təyyarəsi və 5 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

İddiaya görə, 12 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün hazırlıq vəziyyətinə gətirilib.

Xəbər xətti