Yeniyetmə məktəbdə sinif yoldaşlarına bıçaqla hücum edib - Almaniyada

14:33 - 22 Fevral 2024 - DÜNYA

Almaniyanın Vuppertal şəhərində yerləşən gimnaziyada yeniyetmə sinif yoldaşlarına bıçaqla hücum edib

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Məlumata görə, azı 4 şagird yaralanıb.

Hadisə yerli vaxtla saat 10:00 radələrində baş verib. Xilasedicilər və polisin xüsusi təyinatlıları hadisə yerindədir. Şübhəli şəxs saxlanılıb.

Hadisənin səbəbləri aydınlaşdırılır.

Xəbər xətti