2022-ci ildə ən yüksək işsizlik səviyyəsi Ermənistanda olub

17:17 - 8 Dekabr 2023 - Xəbər

2022-ci ildə Aİİ ölkələri arasında ən yüksək işsizlik səviyyəsi Ermənistanda olub

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda ötən il BƏT meyarlarına uyğun olaraq işsizlik səviyyəsi 13,4%, Qazaxıstan və Qırğızıstanda hər birində 4,9%, Rusiyada 3,9%, Belarusda isə 3,6% təşkil edib.

Eyni zamanda, 2022-ci ildə Ermənistanda orta aylıq nominal əmək haqqı 541 dollar, ən yüksək göstərici Qazaxıstanda (673 dollar), ən aşağı isə Qırğızıstanda (316 dollar) olub.

2023-cü ilin noyabrında Ermənistanın baş naziri ölkədə iş yerlərinin rekord dərəcədə artdığını bəyan edib - 730 mindən çox.

Milli Statistika Komitəsinin hesabatına görə, Ermənistanda median xətt üzrə hesablanan yoxsulluq səviyyəsi 2022-ci ilin sonunda əvvəlki ildəki 26,5 faizlə müqayisədə 24,8 faiz təşkil edib.

Xəbər xətti