Yaponiyanın baş naziri bu vəzifəsini tərk etdi

08:12 - 8 Dekabr 2023 - DÜNYA

Yaponiyanın baş naziri Fumio Kişida partiya fraksiyaları tərəfindən uzun müddət maliyyə vəsaitlərinin gizlədilməsi və deputatlara pul vəsaitlərinin verilməsi ilə bağlı qalmaqala görə dünənə qədər rəhbərlik etdiyi Koçikay fraksiyasını tərk edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hazırda Tokio Prokurorluğunun xüsusi bölməsi Yaponiyanın hakim Liberal Demokratik Partiyasının beş fraksiyasının siyasətçilərin iştirakı ilə partiyaya dəstək məqsədilə təşkil olunan pul yığımlarından əldə etdiyi vəsaitin gizlədilməsini araşdırır.

Kişidanın fraksiya rəhbəri vəzifəsindən istefa vermək niyyətində olduğu daha əvvəl açıqlanmışdı. Lakin inkişaf edən qalmaqal fonunda o, partiyada baş verənləri müstəqil və obyektiv qiymətləndirmək üçün fraksiyadan çıxmaq qərarına gəlib.

Xəbər xətti