Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

12:41 - 7 Dekabr 2023 - Xəbər

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Xəbər xətti