İsrail hərbçiləri Qəzza zolağının şimalında atəş açıb

09:17 - 1 Dekabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağının şimalında atəş açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələrinin əsgərləri Qəzza şəhərinin şimalında, Şeyx Radvan bölgəsinin kənarında atəş açıblar.

Qətərin Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağı üzərində görünür və İsrail ordusunun maşınları Qəzza zolağının şimal-qərbində atəş açır.

Xəbər xətti