Ukrayna ATACMS raketlərindən Rusiya ərazisini vurmaq üçün istifadə etməyəcək

12:28 - 26 Sentyabr 2023 - DÜNYA

Ukraynalı müdafiəçilərinin Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın tezliklə Ukraynaya verə biləcəyi uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək niyyəti yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzetinə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

"Biz onlardan Rusiya ərazisində istifadə etməyəcəyik, bu məsələdə tərəfdaşlarımızla razılaşmalarımız var", - Danilov deyib.

Onun sözlərinə görə, ATACMS eksklüziv olaraq Ukrayna ərazisini qorumaq üçün istifadə olunacaq.

Xəbər xətti