Tahir Əmiraslanov Beynəlxalq Kulinariya Assosiasiyasındakı vəzifəsindən azad edilir - Agentlik

12:50 - 6 İyun 2023 - Xəbər

"Bizim Tahir Əmiraslanova böyük hörmətimiz var, dəfələrlə onunla görüşmüşük, amma indi gənclərə yol vermək lazımdır".

Ucnoqta.az Report-a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

O deyib: "Agentlik konkret şəxslərə deyil, sektorun ümumi inkişafına fokuslanıb. Tahir müəllim 30 il Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edib və biz dəfələrlə onunla müzakirələr aparmışıq. Bəzən bizdən soruşurlar ki, sizdə T.Əmiraslanovdan başqa kulinar yoxdur? Tahir müəllimin dediyi kimi, gənclərə şərait yaratmaq lazımdır. Yəni burada heç bir ayrı-seçkilik ola bilməz”.

A. Hüseynovanın sözlərinə görə, agentlik T.Əmiraslanovun Beynəlxalq Kulinariya Assosiasiyasındakı (WAKS) vəzifəsindən azad edilməsi üçün işlərə başlayıb: "Biz onun yerinə bu vəzifəyə "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyinin həmtəsisçisi və sədri, eyni zamanda “Slow Food” Aşpazlar Alyansının fəal üzvü Orxan Muxtarovun namizədliyini irəli sürmüşük. Amma hələ ki, WAKS-ın bununla bağlı qərarı yoxdur".

Xəbər xətti