Qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdirilib

10:59 - 2 Aprel 2023 - Xəbər

Qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdirilib.

Ucnoqta.az xəbər verir ki, Bakı metropoliteni iş günlərində qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlinə dəyişikliklər edib. Şənbə və bazar günlərinin cədvəlləri buna qədər olduğu kimi saxlanılıb.

Yenilənmiş cədvəllər Bakı metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli).

Bu dəyişikliklər aprel ayının 3-dən qüvvəyə minəcək.

Xəbər xətti