"Barselona" Dembele ilə müqaviləni uzatmaq istəyir

00:05 - 4 Fevral 2023 - İDMAN

"Barselona" Ousmane Dembele ilə müqaviləni mümkün qədər tez uzatmaq istəyir.

Ucnoqta.az xəbər verir ki, yayda onun sərbəst qalma məbləği 50 milyon avroya endiriləcək.
Hələlik tərəflər arasında danışıqlar aparılmayıb, lakin Kataloniya klubu buna hazırdır. Barselonadan Dembelenin agentinə zəng edərək görüş təşkil etməyi xahiş ediblər.

"Barselona" müqaviləni mümkün qədər tez uzatmaq istəyir, çünki onun müqaviləsindəki sərbəstlik bəndi yayda 100 milyon avrodan 50 milyon avroya endiriləcək - bu məbləğ fransız futbolçu ilə maraqlanan ingilis klubları üçün əlverişli hesab olunur.

Xəbər xətti