“Aztelekom”un baş direktoru işdən çıxarıldı

“Aztelekom” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. 

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən alman əsilli Klaus Müller işdən çıxarılıb.

“Aztelekom” MMC-dən saytımıza bildirilib ki, baş direktor vəzifəsilə bağlı hər hansı bir dəyişiklik olsa, bu barədə açıqlama verilərdi. 

Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.

Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.

K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib. 

Tarix
7 Dekabr 2022 [14:02]
Müəllif
Üç nöqtə
2022-12-07 14:02:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin