Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - xəsarət alan var

19:53 - 30 Noyabr 2022 - HADİSƏ

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şeyx Şamil küçəsində qeydə alınıb.

Belə ki, 31 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü sükana nəzarəti itirərək yol kənarında əvvəlcə işıq dirəyinə çırpılaraq dirəyi aşırıb. İdarəetmədən çıxan avtobus ağaca dəyərək dayanıb.

Qəzada xəsarət alanın olduğu deyilir.

Xəbər xətti