Ana səhifə Mobil versiya
27 Sentyabr 2022

"Səfərdə bundan da artıq güc itirməliyik" - Qurban Qurbanov

"Ağır oyun oldu. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik".

Ucnoqta.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyundan sonra bildirib.
O, müdafiədə oynayan kollektivə qarşı çıxış etdiklərini bildirib.

"Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Futbolçular bunu bacarmağa qadirdirlər", - deyə 50 yaşlı mütəxəssis vurğulayıb.

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tarix
17 Avqust 2022 [23:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-17 23:02:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin