50 min sakinimizi Laçından köçkün salan Ermənistan 120 erməniyə görə faciə yaradır

"Ermənistan ilə Qarabağ İqtisadi Rayonunu birləşdirən Laçın dəhlizinə alternativ yolun Azərbaycan ərazisindəki inşaatı başa çatıb".

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirir ki, "Qisas” əməliyyatından 1 gün sonra İrəvan da Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan etdi: 
"36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də, qarşı tərəf prosesi yubatmağa çalışırdı. 2 həftə ərzində isə qeyri-qanuni məskunlaşmış ermənilər Laçın şəhəri və Zabux kəndini tərki etməlidirlər".

Vüqar Bayramov qeyd edir ki, 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub:
"İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. 2003-cü ildən etibarən isə əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşmasına başlanılıb. Ermənistan statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Növbəti 10 ildə qeyri-qanuni məskunlaşmış ermənilərin bir qismi sosial səbəblərdən şəhəri tərk edib. İkinci Qarabağ müharibəsindən sonra köç daha da sürətlənib. Hazırda şəhərdə cəmi 120 erməninin qaldığı güman edilir. Onlar isə avqustun 25-dək qanunsuz məskunlaşdığı əraziləri tərk edəcəklər”.

Vüqar Bayramov vurğulayır ki, 1992-ci ildə Laçın rayonunu işğal etməklə 50 min sakinimizi 30 il məcburi köçkün həyatı sürməyə məcbur edən işğalçı ölkə indi 2003-cü ildən sonra o ərazilərimizdə qeyri-qanuni məskunlaşdırdığı ailələrin Azərbaycan torpaqlarını tərk etməsini də faciə kimi təqdim etməyə çalışır:

"Halbuki, prosesin növbəti mərhələsi Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsidir. Dəymiş ziyan isə milyard dollarla ifadə olunur”.

Tarix
12 Avqust 2022 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-12 11:30:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin