Məktəbdə qətl törədən şəxsin istintaqı başa çatıb

İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin tanışı Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Gülarə Qəhrəmanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Bəxtiyar Əhmədliyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə 11 fevral 2022-ci il tarixdə qeydə alınıb.

Tarix
11 Avqust 2022 [10:28]
Müəllif
Üç nöqtə
2022-08-11 10:28:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin