Anasını döyərək öldürən şəxsin məhkəməsi başlayır

Şabranda anasını qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Nazırovun məhkəməsi başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fikrət Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Şabran rayonunda qeydə alınıb. 1986-cı il təvəllüdlü Məhəmməd Nazırov anası - 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr vurub. Zərəçəkmiş aldığı xəsarətlərdən ölüb. M.Nazırov hadisəni törədəndə sərxoş vəziyyətdə olub.

M.Nazırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Tarix
25 İyun 2022 [11:19]
Müəllif
Üç nöqtə
2022-06-25 11:19:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin