Bu gün Çempionlar Liqasının finalıdır

09:08 - 28 May 2022 - İDMAN

Bu axşam futbol üzrə Çempionlar Liqasında final oyunu keçiriləcək.

Ucnoqta.az xəbər verir ki,  İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları arasında baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matç Parisdə "Stade de Frans" stadionunda keçiriləcək.  

Qeyd edək ki, Madrid "Real"ı bu günə kimi 13, "Liverpul" isə 6 dəfə qitənin ən güclü klubu adını qazanıb.

Qeyd edək ki, bu komandalar 2018-ci ildə də ÇL-də final oynayıb. Qarşılaşma "Real"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Xəbər xətti