750 milyonluq “Moskva” gəmisinin suyun altından ilk görüntüsü – FOTO

21:28 - 25 Aprel 2022 - MARAQLI

Sosial şəbəkələrdə Rusiyanın Qara dənizdə batmış “Moskva” raket kreyserinin exolokasiya ilə çəkilmiş görüntüsü yayılıb. Kadrdan görünür ki, RF-in Qara dəniz donanmasının flaqmanı sol yanı üstə batıb. Dağıntılara əsasən ehtimal etmək olar ki, “Moskva”nın gövdəsi dibə dəyməzdən əvvəl qırılıb. Ukrayna rəsmilərinin məlumatına görə, göyərtəsində çoxlu sayda “S-300” sistemləri olan kreyser Xersonda Rusiya qoşunlarını havadan müdafiə ilə təmin edirdi. Ümumiyyətlə, “Moskva” düşmənin böyük suüstü gəmilərinə hücum etmək üçün hazırlanmışdı, həmçinin uzaq birləşmələrin hava hücumundan müdafiəsini və desantlar üçün atəş dəstəyini həyata keçirə bilirdi. “Forbes”un məlumatına görə, bu gəmi Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Kreyserin təxmini dəyəri 750 milyon dollardır (1,275 milyard manat).///oxu.az

Xəbər xətti