Azərbaycanlı idmançı dünya çempionu oldu

ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş-red) üzrə dünya çempionatının qalibi olub.

“Report”un yerli bürosu xəbər verir ki, o, 60 kq çəkidə rəqibi tunisli döyüşçü Ellouzi Sabeuri məğlub edərək Budo üzrə dünya çempionu adını qazanıb. Bununla da E.Xanoğlanlı professional rinqdə beşinci böyük qələbəsinə imza atıb.

E.Xanoğlanlı “Report”a müsahibəsində rəqibini boğucu fəndlə qısa vaxtda məğlubiyyətə uğratdığını deyib: “Beynəlxaq yarışda 45 ölkədən yüzlərlə idmançı iştirak edirdi. Yarışda iştirak edən bütün idmançılar ən güclülər idi. Qələbəmi Azərbaycan bayrağını səmaya qaldıraraq qeyd etdim. Uzun illərdir ABŞ-da yaşasam da, yarışlara Azərbaycan təmsilçisi olaraq qatılıram.

Yarışda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının 10 idmançısı iştirak edirdi. Azərbaycan 11 idmançı ilə qatıldığı bu beynəlxalq yarışdan 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandı. İdmançılarımız İbrahim Məmmədov (70 kq), Xəyal Quliyev (85 kq) və Azər Məmmədov (95 kq) yarışda medallar qazandılar. Həmçinin Azər Əhmədov (75 kq) və Xəyal Quliyev (80 kq) ikinci yerə, Elvin İsrafilov isə üçüncü yerə laiq görüldü”.

E.Xanoğlanlı növbəti beynəlxalq yarışa hazırlaşdığını deyib.

Tarix
30 Noyabr 2021 [23:57]
Müəllif
Üç nöqtə
2021-11-30 23:57:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin