Xaçmazda avtomobil dərəyə aşıb - sürücü ölüb

22:03 - 28 Noyabr 2021 - HADİSƏ

Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Gəndob-Quba-Rusiya avtomobil yolunun (İpək yolu- Red) Xaçmaz rayonu, Qımıl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qeyd edək ki, kimliyi hələ məlum olmayan sürücü idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan dərəyə aşıb.

Hadisə nəticəsində sürücü ölüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti