Azərbaycanın Xalq artisti vəfat etdi

22:06 - 22 Oktyabr 2021 - Xəbər

Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat verib.
Qeyd edək ki, xanəndə iki öncə beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992- ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.
 
Allah rəhmət eləsin.
 

Xəbər xətti