Şəhid övladları Şuşada ağac əkdilər - FOTO

15:39 - 26 Sentyabr 2021 - Cəmiyyət

“YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Şəhid əmanətləri Şuşada” layihəsi başa çatıb.

Fonddan Ucnoqta.az-a verilən məlumata görə, layihə çərçivəsində Şuşa şəhərinin ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

Həmçinin Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dair, eyni zamanda Bakı Media Mərkəzinin film təqdimatları gerçəkləşib.


Xəbər xətti