İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

15:19 - 21 Sentyabr 2021 - SİYASƏT

Bu gün İran xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Azərbaycana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, nazir müavini Azərbaycan, İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin üçtərəfli iclasında iştirak edəcək.

Bakıya 3 günlük səfər çərçivəsində İran xarici işlər nazirinin müavini və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycanın bəzi rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.

Xəbər xətti