Şəmkirdə azyaşlı kanalda boğulub

15:17 - 18 Sentyabr 2021 - HADİSƏ

Şəmkirdə bədbəxt hadisə baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Tağıyev Nihat Azər oğlu kənd ərazisindən keçən kanalda əlini yuyarkən kanala düşüb. Azyaşlının meyiti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti