Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Koronavirusdan ölüm halları artıb - ÜST

Ötən həftə ərzində koronavirusa 3,8 milyondan artıq yoluxma halı, 69 mindən artıq isə ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 8 faiz, ölüm hallarının sayı isə 21 faiz artıb:

"Ötən həftə (19-25 iyul) koronavirusa yoluxma hallarının sayı 3,8 milyonu ötüb, bu isə daha öncəki həftə ilə müqayisədə 8 faiz daha çoxdur".
Bildirilir ki, gündəlik orta hesabla 540 min yoluxma halı barədə məlumat daxil olub, daha öncəki həftədə isə bu rəqəm 490 minə bərabər idi.

Eyni zamanda koronavirusdan ölüm hallarının sayında kəskin artım müşahidə olunub: "Son həftə 69 mindən artıq ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftədən (56 mindən artıq ölüm halı) 21 faiz daha çoxdur".

İyulun 19-dan 25-dək koronavirusa 3 807 939 nəfər yoluxub, 69 132 nəfər isə koronavirusdan ölüb. İyunun 25-i üçün dünyada koronavirusa yoluxma hallarının sayı 193 657 729, koronavirusdan ölüm hallarının sayı isə 4 154 660 nəfər təşkil edirdi.

Tarix
28 İyul 2021 [09:12]
Müəllif
Üç nöqtə
2021-07-28 09:12:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin