“Yandex” Şuşanın xəritəsindən erməni adlarını çıxardı - FOTO

17:28 - 19 Mart 2021 - Xəbər

Rusiyanın axtarış-informasiya kartoqrafiya xidməti “Yandeks.Kartı” Şuşa şəhərinin bütün küçələrinin Azərbaycan dilində adlarını qaytarıb.

Caliber.Az xəbər verir ki, ermənilər işğal dövründə küçə və yaşayış məntəqələrinin əsl adlarını dəyişiblər.
Məsələn, işğal dövründə faşist Qaregin Njdenin adını daşıyan küçə indi Pənahəli xanın adını daşıyır.

Bununla yanaşı, xəritədə Şuşa şəhəri İcra Hakimiyyəti, Bül-Bülün ev muzeyi və başqa yerləri görmək mümkündür.


Xəbər xətti