Albalılıq qəsəbə sakinindən “TT” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Albalılıq qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Hacıyevdən “TT” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.