İlgiltərənin “Tottenhem” klubunun keçmiş baş məşqçisi Maurisio Poçettino komandanın futbolçuları ilə vidalaşıb.
Mütəxəssis soyunub-geyinmə otağında yerləşən taktiki gedişlərin müzakirə olunduğu lövhəyə mesaj qoyub.
“Hər birinizə çox təşəkkürlər! Əlvida deyə bilmərik... Siz həmişə bizim qəlbimizdə qalacaqsınız”, - Poçettino yazıb.
Xatırladaq ki, Poçettino ingilis klubunu 2014-cü ildən çalışdırıb. Bu il komandanın İngiltərə Premyer liqasında uğursuz çıxışından sonra qovulub./oxu.az