Ucnoqta.az
www.ucnoqta.az

Poçettinonun “Tottenhem”in oyunçuları ilə təsirli vidası -<font color=red><b> Foto</b></font>

10:15 - 22 Noyabr 2019 tarixində dərc olunub.

İlgiltərənin “Tottenhem” klubunun keçmiş baş məşqçisi Maurisio Poçettino komandanın futbolçuları ilə vidalaşıb. 

Mütəxəssis soyunub-geyinmə otağında yerləşən taktiki gedişlərin müzakirə olunduğu lövhəyə mesaj qoyub.

“Hər birinizə çox təşəkkürlər! Əlvida deyə bilmərik... Siz həmişə bizim qəlbimizdə qalacaqsınız”, - Poçettino yazıb.

Xatırladaq ki, Poçettino ingilis klubunu 2014-cü ildən çalışdırıb. Bu il komandanın İngiltərə Premyer liqasında uğursuz çıxışından sonra qovulub./oxu.az

 

Müəllif: