"Qalatasaray"a məğlubiyyət "Real Madrid"in baş məşqçisinin qovulmasına səbəb ola bilər

09:40 - 21 Oktyabr 2019 - İDMAN

Çempionlar Liqasının III turunda Türkiyənin "Qalatasaray" komandası ilə qarşılaşma Zinəddin Zidanın İspaniya "Real Madrid"inin baş məşqçi postunda son oyunu ola bilər. 

Məlumata görə, rəhbərlik bu mövsüm "kral klubu"nun nəticələrindən çox oyunundan narahatdır. İstanbuldakı görüşdə məğlubiyyət baş verəcəyi təqdirdə, fransalı mütəxəssisin qovulacağı bildirilir. Onun yerinə isə Joze Mourinyo və Massimiliano Alleqrinin namizədliyi nəzərdən keçirilir.

Qeyd edək ki, Çempionlar Liqasında A qrupunun ilk 2 turundan sonra "Real Madrid" 1 xalla sonuncu pillədə yer alıb. Eyni xala malik "Qalatasaray" isə 3-cüdür. La Liqada isə paytaxt komandası lider "Barselona"dan cəmi 1 xal geri qalaraq 2-ci yerdə qərarlaşıb. /report

 

Xəbər xətti