Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında qızıl medal qazanıb

09:22 - 12 Oktyabr 2019 - İDMAN

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

Belə ki, Məmməd Məmmədov M-1 kateqoriyası üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, daha öncə Fərhad Rəcəbli (90 kq) usta cüdoçular arasında doqquzuncu çempionluğunu qazanıb./report

 

Xəbər xətti